Audi e-tron GT modeli yeni videoçarxda - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Audi şirkəti e-tron GT dördqapılı kupesinin detallarının nümayiş olunduğu iki dəqiqəlik videoçarxı yayımlayıb. Seriya istehsalı bir neçə ay əvvəl başlayan idman avtomobili rəsmi olaraq 9 fevralda onlayn təqdimat formatında debüt edəcəkdir. Sifarişlərin qəbuluna təqdimatdan dərhal sonra başlanacaqdır.
Milli.Az autograph.az-a istinadən bildirir ki, videoda Audi e-tron GT modelinin buraxıldığı alman markasının texnoloji cəhətdən ən qabaqcıl müəssisəsi nümayiş etdirilir - Almaniyanın Nekkarzulmdaki Böllinger Höfe zavodunda 2014-cü ildən bəri Audi R8 superkarı istehsal olunur. Elektromobil yığılmasına dekabrın əvvəlində başlanılıb və Almaniyada yığılan ilk "yaşıl" Audi modeli olub. Xatırladaq ki, e-tron krossoverləri Belçika və Çində buraxılır.
Yeni görüntülər bir daha təsdiqləyir ki, e-tron GT modelinin seriya versiyası, 2018-ci ilin sonunda nümayiş etdirilən eyni adlı konseptin demək olar ki, dəqiq surəti olacaqdır. Fərqləır arasında daha iri ölçülü yan güzgülər və ənənəvi qapı tutacaqları var.
Möhtəşəm qrand turerin əsasını Porsche və Audi şirkətlərinin birgə hazırladığı J1 platforması təşkil edir. Xatırladaq ki, Porsche Taycan elektrokarı da bu platformada inşa edilib. Çox güman ki, e-tron GT və Taycan modellərini ayırmaq üçün, Volkswagen Qrup iyerarxiyasında daha aşağıda yerləşən Audi, oxşar güc qurğusu ilə təklif olunmayacaqdır. Audi e-tron GT konsepti ümumi gücü 590 at qüvvəsi olan iki sinxron elektrik mühərriki ilə təchiz olunmuşdu. Konsept 100 km/saat həddini 3,5 saniyəyə toplayırdı.
Audi e-tron GT modeli "bərkgedən" RS versiyasında da təklif ediləcəkdir. İlkin məlumatlara görə, "bərkgedən" elektrokar 684 at qüvvəsi və 830 Nm fırlanma anı hasil edən iki mühərrik və 83,7 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir. Elektrokar da konsept kimi 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcək və enerji doldurulmadan 400 kilometrə qədər məsafə qət edəcəkdir. Daha sonra üçmühərrikli versiya da debüt edə bilər.
Bundan əlavə, RS indeksli liftbek sərtliyi tənzimlənən pnevmatik asqı və klirensi, hbaelə karbon-saxsı əyləcləri alacaqdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
XƏBƏR LENTİ
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi





