General Motors da "yaşıl" istehsalçılara qoşulur - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
General Motors konserni də benzin və dizel yanacaöı ilə çalışan avtomobillərdən tamamilə imtina etmək istəyən avtomobil istehsalçılarına qoşulmağa qərar verib. Amerika konserninin baş icraçı direktoru Meri Barra 2035-ci ilə qədər bütün GM model çeşidinin elektrik ötürməsinə keçəcəyini və 2040-cı ilə qədər şirkətin karbon-neytral olacağını söyləyib.
Milli.Az autograph.az-a istinadən bildirir ki, önümüzdəki 14 il ərzində GM konserni tədricən modelləri elektrik ötürməsinə keçirəcəkdir. Bu Corvette modelinə də aiddir - sportkar 6,2-litrlik V8 mühərrikini itirəcəkdir. Bundan əlavə, şirkət yeni elektrik modellərinin yaradılmasını sürətləndirməyə qərar verib: 2025-ci ilədək bazara müxtəlif markalar altında 30 yeni "yaşıl" model çıxaracaqdır. Bu modellərin arasında artıq təqdim olunmuş GMC Hummer EV, habelə Cadillac və Chevrolet elektrik krossoverləri də var.
"General Motors daha təhlükəsiz, yaşıl və daha yaxşı bir dünya yaratmaq üçün dünya hökumətləri və şirkətləri ilə birlikdə çalışır. Başqalarını bizdən nümunə götürməyə, sənayemizə və bütövlükdə iqtisadiyyata təsir göstərməyə çağırırıq", - Barra bildirib.
Konsernin zavodları da "yaşıl" olacaqdırlar. ABŞ-dakı zavodlar doqquz il ərzində, digər ölkələrdəki zavodlar isə, 2035-ci ilə qədər yenidən bərpa edilən enerji mənbələrinə keçəcəkdirlər. Beləliklə, Paris iqlim sazişində iştirak edən şirkət, 2040-cı ilə qədər karbon emissiyalarını sıfıra endirmək üçün iddialı bir planı həyata keçirməyə hazırlaşır.
GM konserni CES virtual sərgisi çərçivəsində əsasını Ultium və ya Flexible Global EV platforması təşkil edəcək dörd elektrokarı buraxacağını bəyan edib. Keçən payızda təqdim olunan GMC Hummer EV məhz bu platforma üzərində qurulub. Elektrmobilin ən güclü versiyası 1014 at qüvvəsi hasil edən və Ultium Drive ötürməsinə malik olan üçmühərrikli qurğu ilə təchiz edilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
XƏBƏR LENTİ
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi
-
Azərbaycanda məşhur bank bağlanır
-
“Sabah” ÇL-in tarixinə düşdü
-
REDMI Note 17 Series Azərbaycanda satışa çıxır - (Foto)
-
"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov





