Səhhətində problemlər yarandığı üçün bir müddət əvvəl "Sefirin kızı" serialından ayrılan aktrisa Neslihan Atagül sosial şəbəkə hesabında yeni fotosunu paylaşıb. Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisa İnstaqram hesabının hekayə bölümündə yeni şəklini yerləşdirib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Neslihanı sevənlər ona minlərlə dəstək mesajı yazıb.
Qeyd edək ki, aktrisanın həmkarı Uraz Kayqılaroğlu ötən gün verdiyi müsahibə zamanı Atagüllə görüşdüyünü və səhhətinin yaxşı olduğunu deyib.
Milli.Az