Maraqlı

VAHİMƏLİ ASİYA: fahişəlik sağ qalmaq üçün yeganə vasitədir - TÜKÜRPƏDƏN FAKTLAR

30 Yanvar 2021 01:00
Baxış: 32 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onların adət-ənənələri Qərbdən kəskin fərqləndiyi üçün əsasən deyirlər ki, Asiya ölkələri "başqa planetdə" yerləşir. Məsələ burada tamamilə Tayland massajında, qız-qurut suşisində, yaxud "Kabuki" teatrında deyil. Hər şey düşündüyümüzdən daha fərqli, eyni zamanda vahiməlidir.

Məlum olduğu kimi, Asiya faktiki olaraq, planetin ən sıx insan məskunlaşan regionudur. Asiyanın demək olar ki, bütün ölkələrinin əhalisi kifayət qədər mühafizəkardır və əcnəbiləri öz "müqəddəs ölkələrində" görməyi çox da sevmirlər.

Bəs nədir bu gizlənmələrin səbəbi? Qorxu ki, yadellilər yerli adətləri rüsvay edəcəklər? Ola bilər...

Milli.Az dəyərli oxucularına Asiya ölkələrində tüğyan edən, bir müddət təsirindən çıxa bilməyəcəyiniz tükürpədən faktları təqdim edir. 

Kamboca: satış üçün bakirəlik

Əhalinin dörddə üçü dəhşətli yoxsulluqda yaşayan ölkədə bakirə qızlarlın ticari məqsədlərlə satışı çoxdan ənənə halını alıb. Bunun üçün xüsusi "mağazalar" və ya fahişəxanalar mövcud deyil, hər şey daha qorxuncdur. Analar, atalar və ya qohumlar öz qızlarına müştərini müstəqil şəkildə axtarırlar. Və rahatlıqla tapırlar, çünki bu "malı" əldə etməyi arzu edənlər kifayət qədərdir.

Müştərilər əsasən zəngin kambocalılar, Çinin, Tailandın və Sinqapurun nüfuzlu sakinləri, hətta xarici turistlərdir. Bəzən tələb təklifi xeyli üstələyir, çünki qiymət çox baha sayılmır: 800-dən 4000 dollara qədər dəyişir.

İndoneziyanın bakirə-qız polisləri

İndoneziya qanunlarına görə, polisdə və ya bu ölkənin ordusunda xidmət etmək üçün qızlar yalnız "təmiz" olmalıdırlar. Ölkə ənənələrinə görə, seks "zərərli vərdişlər" siyahısına düşdüyü üçün bu sahələri seçən qızlar bunu nəzərə almalıdırlar.

Maraqlısı budur ki, bu qayda kişilərə şamil olunmur. Məhz qızlar, ordu sıralarına və ya polisə işə düzəlmək üçün bakirəlik sınağından keçməlidirlər. Həkim bakirəlik pərdəsinin mövcudluğunu öz BARMAQLARI İLƏ yoxlayır. Dəfələrlə bu əcaib hal haqda yazan qərb jurnalisləri öz heyrətlərini qələmə alarkən çətinlik çəkiblər. Daha soyuqqanlı olan Senan Molony qeyd edirdi ki, belə "yoxlamadan" sonra qızlar müəyyən fiziki travmalar alırlar...

Delfinlərə qarşı yapon ovu

Hər il Taytszi şəhərindən olan yapon balıqçıları kifayət qədər qəribə üsullarla əylənirlər. Onlar delfinləri ovlayırlar və maraqlıdır ki, bu qəddarlığa hökumət tərəfindən rəsmən icazə verilib. Belə əsaslandırılır ki, bu, onların "mədəni ənənəsidir" və 17-ci əsrdən bu günədək yaşayır.

Səudiyyə Ərəbistanında cadugərlərlə mübarizə

Səudiyyə Ərəbistanı sakinlərini ən çox narahat edən məsələlərdən biri də cadugərlərdir. Ölkədə hökumət xüsusi anti-magiya korpusu yaradıb ki, qurumun əməkdaşları gecə-gündüz cadugər axtarırlar.

Bu ölkədə Afrikadan olan əmək miqrantlarının xüsusilə bəxti gətirmir. Korpusun əməkdaşları tərəfindən onların boynunda hətta adi amulet belə aşkarlanarsa, dərhal müqəssirlər skamyasına cəlb edilirlər.

Butan: ölüm çox gözəldir

Bu ölkədə ölüm haqqında ehtimal ki, daha çox düşünürlər, nəinki həyat haqqında. Butan hakimiyyəti öz vətəndaşlarına gündə ən azı 5 dəfə ölüm haqqında düşünməyi məsləhət görür. Butanda hesab edirlər ki, ölüm - yeni yolun başlanğıcıdır. Reinkarnasiya - bu, hər bir Butan sakininin mənəvi yoludur.  Onlar yenidən diriləcəklərinə heç bir şübhə etmədən inanırlar.

Buna görə də, ölüm haqqında fikirlər Butan sakinlərində xüsusi sevinc yaradır. Axı, ölərək onlar, öz fikirlərinə görə, sadəcə yeni, maraqlı macəraya yola düşürlər.

Filipin - "Ölüm Eskadronu"

Filipində Davao adlı bir sakit şəhər var. Silahlı qruplaşmalar bu şəhərin həndəvərində çox görünmürlər və orada cinayətin nəsli sürətlə kəsilməkdədir. Niyə? Nə baş verir?

Şəhərdə bir növ "Ölüm Eskadronu" hərəkət edir, o sanki "cəza verən" təxəllüsü altında Marvel komikslərinin qəhrəmanı kimi cinayətkarlara qarşı ov edir. "Eskadron" döyüşçüləri narkotik alverçiləri, soyğunçular və digər cinayətkarları məhv edir. "Təmizləyicilər" təşkilatın həddini aşmış öz əsgərlərinə qarşı da amansız davranırlar.

Maraqlısı budur ki, "Ölüm Eskadronu"nu yaradan Davao şəhərinin meri Filipində prezident seçkisinin qalibi olub.

Cənubi Koreyada köləliyin dəstəyi

İnanılmaz, amma faktdır ki, dünyada 10-larla tanınmış texnologiya korporasiyasının vətənində köləlik çiçəklənir! Söhbət ölkənin Sinan vilayətindən gedir. Orada işçilər, faktiki olaraq qul vəziyyətinə salınmış, ağır şəraitdə dəniz duzu əldə edirlər. İşlərə hətta əlillər də cəlb edilib. Ən dəhşətlisi budur ki, yerli polislər bu "biznesə" tamamilə himayədarlıq edirlər. Polis keşikçiləri qulların qaçmaması üçün nəzarətçi rolunu oynayırlar.

Özbəkistanda gizli qadın sonsuzlaşdırılması

Hökumət tərəfindən hər dəfə inkar edilən, lakin çoxsaylı kənar mənbələrin dəfələrlə təsdiq etdiyi bu dəhşətli proqrama Özbəkistanda rast gəlinir. Ölkə siyasəti öz əhalisinin artmasını istəmir. Bu səbəbdən, xüsusilə kənd yerlərində yaşayan qadınlar sonsuzlaşdırılmaya məcbur edilir.

Hətta bəzi yerlərdə həkimlər üçün konkret planlar qoyulur: ay ərzində nə qədər qadın sterilləşdirilmiş olmalıdır.

Banqladeşin yeniyetmə fahişəxanaları

Sirr deyil ki, bu Asiya ölkəsində fahişəlik sağ qalmaq üçün az qala yeganə vasitədir. Bu səbəbdən bir çox valideyin öz uşaqlarını fahişəxanalara satırlar.

Qızlar 12 yaşından fahişəxanalarda öz dəhşətli talelərini "yazmağa" başlayırlar. O, gün ərzində bəzən 15 müştəriyə xidmət etməli olur. Dəhşətli həm də budur ki, fahişəxanaların sahibləri tərəfindən qızlar xüsusi preparatlar qəbul edilməyə məcbur edilirlər ki, onların bədənləri daha dolğun olaraq, daha yaşlı görünsün.

Zaur Həsənliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.