Yenilənmiş Audi A8 casuslara rast gəlib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günlərdə yenilənmiş Audi A8 sedanının ilk şəkilləri dərc edilib. Yenilənmiş modelin prototipləri kamuflyaja malik olsa da, dəyişikliklər göz önündədir: flaqmanın eksteryerindəki dəyişikliklər sırf kosmetik xarakter daşıyacaqdır. Bayraqdar sedan digər ön və arxa işıq texnikasını, yenilənmiş tərtibata malik olan radiator barmaqlığını və yüngülcə dəyişdirilmiş bamperləri əldə edəcəkdir.
Yenilənmiş Audi A8 modeli, alt hissəsində gündüz hərəkət işığının (GDİ) bloku olan mürəkkəb tərtibatlı matrisa LED fənərlərə sahib olacaq - oxşar ön fənərlərdən A3 ailəsində və Audi e-tron krossoverində istifadə olunur. Gündüz hərəkət işıqlarının "kirpikləri" yuxarı hissədə yerləşəcəkdir. Hazırda A8 modelinin gündüz hərəkət işıqları ön fənəri iki hissəyə ayırır.
Üfüqi lamelləri olan radiator barmaqlığı daha iri özəkləri barmaqlıqla əvəz ediləcək və təchizat səviyyəsindən asılı olaraq müxtəlif dizayna malik olacaqdır. Arxa hissədəki dəyişikliklər cüzi xarakter daşısa da, sedan OLED texnologiyasından hazırlanmış və "işıq imzaları" olan işıq texnikasına sahib olacaqdır.
Texniki dəyişikliklərə gəldikdə isə, iri tutumlu batareya ilə təchiz olunan modernləşdirilmiş A8 TFSI e hibrid versiyasının, habelə W12 mühərriki ilə təchiz edilmiş modifikasiyaların debütü gözlənilir. Çoxsilindrli mühərrik ilə, Mercedes-Maybach sedanının potensial rəqibi olacaq dəbdəbəli Audi A8 Horch versiyası təchiz ediləcəkdir.
Audi şirkəti tamamilə elektrik ötürməsi ilə hərəkətə gələn A8 modelini buraxmağı planlaşdırmır, buna görə də, hibrid çeşidinin daha da genişlənməsini və "bərkgedən" S8 Plus benzin-elektrik versiyasının debütünü gözləmək gərəkdir. Böyük ehtimalla, yenilənmiş Audi A8 sedanının təqdimatı cari ilin ikinci yarısında baş tutmalıdır. Yenilənmiş flaqmanın satışlarına gələn il başlanacaqdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
İstanbul su altında qaldı - (Video)
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
XƏBƏR LENTİ
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu





