Maraqlı

Hyundai Ioniq 5 modelinin ilk tizerlərini dərc edib - FOTO

23 Yanvar 2021 22:01
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hyundai şirkəti, xüsusi olaraq elektrikli nəqliyyat vasitələri üçün hazırlanmış Electric-Global Modular Platform (E-GMP) arxitekturası üzərində qurulmuş ilk modeli olan Ioniq 5 krossoverinin tizerlərini yayımlayıb. Şirkət elektrokarın fevral ayında debüt edəcəyini təsdiqləyib.

Hyundai Ioniq 5 modeli keçən ilin payızında nümayiş etdirilmiş Hyundai 45 konseptinin seriya variantı olacaqdır. Tizerlərdən göründüyü kimi, seriya modeli çoxsaylı 45 dərəcəlik bucaqları olan "rombşəkilli" kuzov dizaynını və "piksel" işıqlandırma texnologiyasını qoruyub saxlayacaqdır.

Əslində, istehsalçı Parametric Pixels mövzusunu yenil modelin görünüşündə əsas cəhət adlandırır: bu modeldə Hyundai şirkəti, hazırda daxili yanma mühərrikli avtomobillər üçün istifadə etdiyi ümumi "parametrik dinamika" üslubunu inkişaf etdirib. Ioniq 5 modeli 20-düymlük disklərə malikdir - bu günə qədər belə iri təkər diskləri Hyundai markasının elektromobillərində tətbiq edilməyib.

Hyundai Ioniq 5 modeli beş dəqiqə ərzində 100 kilometrlik (WLTP dövrü) yürüyüş üçün kifayət edəcək enerji ehtiyatını bərpa etməyə imkan verən sürətli yükləməni dəstəkləyəcəkdir. Bundan əlavə, krossover sahibləri ondan xarici elektrik cihazlarını qidalandıracaq 3,5 kilovatlıq mobil enerji mənbəyi kimi istifadə edə biləcəkdirlər.

İstehsalçı tərəfindən yeni elektrik krossoveri barədə başqa məlumat verilməyib, lakin elektrokar barədə müəyyən məlumatlar keçən ilin sonunda İnternet şəbəkəsinə sızıb. Əgər onlar həqiqətdirsə, Hyundai Ioniq 5 modelinin uzunluğu 4640 millimetr, eni - 1890 millimetr, hündürlüyü - 1600 millimetr, oxları arasındakı məsafə isə düz üç metr olacaqdır.

Ioniq 5 First Edition modeli iki elektrik mühərriki (hər oxda biri) və 800 volt cərəyanla işləyən 58 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir. Sistemin maksimum gücü 230 kilovat və ya 313 at qüvvəsi olacaqdır. Belə güc qurğusuna malik olan elektrokar 100 km/saat həddinə 5.2 saniyəyə sürətləncək və WLTP dövründə əsasən 480 kilometr məsafə qət edəcəkdir.

Batareya dəyişkən (11 kilovata qədər) və daimi cərəyanla (350 kilovata qədər) enerji yüklənməsini dəstəkləyir. Sonuncu halda, 20 faizlik ehtiyata malik olan batareyanın 80 faizə qədər doldurulmasına 15 dəqiqə gərək olacaqdır.

Ioniq 5 modelinin avadanlıq siyahısına yan güzgüləri əvəz edəcək kameralar və damda quraşdırılan günəş panelinin daxil edildiyi məlumdur. Bundan əlavə, 73 kilovat-saat batareya ilə təchiz edilmiş versiyanın olacağı da gözlənilir. Belə modifikasiyanın yürüş ehtiyatı yenidən 550 kilometr olacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.