Maraqlı

“Intel” rəhbəri istefa verəcək

19 Yanvar 2021 23:30
Baxış: 458

ABŞ-ın "Intel" korporasiyasının baş direktoru Bob Svon fevralın 15-də istefa verəcək. Bu barədə şirkətin saytında dərc olunan bəyanatda deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətin yeni baş direktoru Pet Gelsinger təyin olunacaq. Hazırda o, ABŞ-ın "Vmware" şirkətinin virtualizasiyası üçün proqram təminatının hazırlanması işinə rəhbərlik edir, eləcə də şirkətin direktorudur.

"Intel" nümayəndələrinin sözlərinə görə, dəyişikliklər şirkətin 2020-ci maliyyə ilinin nəticələri ilə bağlı deyil.

2019-cu ilin yanvarından "Intel"ə rəhbərlik edən B.Svon bunadək yeddi ay ərzində şirkətin baş direktoru vəzifəsini müvəqqəti icra edib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.