Maraqlı

Xiaomi Mi Band 5 şarj olarkən partladı

12 Yanvar 2021 20:10
Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi-nin məşhur ağıllı bilərziklərindən olan Mi Band 5 əlverişli qiymətinə görə xüsusilə seçilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Mi Band 5 bu dəfə xoşagəlməz bir qəza xəbəri ilə gündəmə gəldi. Avropada satılan Mi Band 5-in şarj olarkən partladığı ortaya çıxıb. Cihaz şarj olunmağa başladıqdan 10 dəqiqə sonra alovlanmağa başlayaraq yararsız hala düşüb.

İtaliyada yayımlanan Gizchina xəbərinə görə, Mi Band 5 ilk dəfə partlayış xəbəri ilə gündəmə gəldiyindən, səbəbləri də ətraflı araşdırılır. Lakin alınan ilk məlumata görə, Mi Band 5 orijinal olmayan adapter ilə şarj olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.