Maraqlı

Türkiyədə 9 təyyarə "su qiymətinə" satışa çıxarılıb

10 Yanvar 2021 19:15
Baxış: 1 055

Türkiyənin İstanbul şəhərindəki Atatürk Beynəlxalq Hava Limanında saxlanılan, müflis olmuş aviaşirkətlərə məxsus və istismar dövrü başa çatmış 9 təyyarə açıq hərrac yolu satışa çıxarılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki,  təyyarələrə ilkin olaraq 3,7 milyon lirə (416 min ABŞ dolları) qiymət qoyulub.

Hərrac yanvarın 14-ü saat 14:30-da Dövlət Hava Limanları İdarəsində keçiriləcək.

Qeyd olunur ki, bu, bazar qiymətinə nəzərən "su qiymətinə"dir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.