Maraqlı

Fubolçu sevgilisini rəfiqəsi ilə aldatdı

7 Dekabr 2020 17:16
Baxış: 1 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbolçu Cese Rodriquez sevgilisi Aurah Ruizi aldatması ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, futbolçu Aurahın rəfiqəsi Rocio Amar ilə gizli görüşürmüş.

Qız Madriddə Cese ilə bir gecə klubunda əyləndiklərini etiraf edib. Aurah isə sosial şəbəkədə Cesenin ona dəli və darıxdırıcı olduğunu dediyi səsyazılarını paylaşıb.

Futbolçu isə bütün bunlara baxmayaraq İnstaqram-ında realiti-şouya qatılan sevgilisi ilə bağlı "Gecən xeyrə qalsın. Sənə bir şey demək istəyirəm. Xoşbəxtsənsə, davam et. Xoşbəxt deyilsənsə, orada qalmaq məcburiyyətində deyilsən" sözlərini yazıb.

31 yaşlı model isə cavabında onun ünvanına "Doğrudan? Sənə inanmıram. Bu, sənsən? Nə deyəcəyimi bilmirəm" sözlərini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.