Bu il dünyada virtual reallıq kontenti üçün xərclər 1 milyard dolları ötəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci ildə dünyada ümumilikdə 6,4 milyon virtual reallıq (virtual reality, VR) qurğusu satılacaq, "VR" kontenti üçün xərclər isə 1,12 milyard dollara çatacaq. Bu barədə "Omdia" şirkətinin proqnozunda deyilir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, 2025-ci ilədək "VR" kontentinin satışından mədaxil 4 milyard dollara çatacaq ki, bunun da 90 faizi videooyunların payına düşəcək. Həmçinin proqnozla nəzərdə tutulur ki, aparat və proqram təminatı daxil olmaqla virtual reallıq texnologiyaları bazarının ümumi həcmi beş ildən sonra 10 milyard dollar təşkil edəcək. 2020-ci ildə bu göstərici 3,2 milyard dollar səviyyəsində gözlənilir.
Hesabata görə, bu il virtual reallıq bazarının stimullarından biri "COVID-19" səbəbi ilə elan edilən karantinlər olub. Bununla yanaşı, maneə yaradan amillər kimi ilin əvvəlində təchizat zəncirində fasilələrin yaranması, eləcə də oyun həvəskarlarının diqqətini yayındıran yeni oyun konsollarının noyabr buraxılışı göstərilir.
Analitiklərin dünyanın 32 ölkəsində toplanılan məlumatlar əsasında hesablamalarına görə, ilin sonunadək ev təsərrüfatlarında virtual reallıq qurğularının nüfuzetmə səviyyəsi 1,2 faiz təşkil edəcək. 2025-ci ilədək bu göstəricinin iki dəfədən çox artaraq 3 faizə bərabər olacağı proqnozlaşdırılır. Bununla belə, virtual reallıq qurğularının kütləvi yayılması haqqında danışmaq hələ ki tezdir.
Həmçinin texnologiyanın populyarlaşmasına "Oculus Quest" kimi avtonom virtual reallıq qarniturları kömək edir. Şirkətin proqnozuna görə, cari ilin sonunadək dünyada 1,2 milyon, 2025-ci ilədək isə 5,6 milyon belə qurğu satılacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
XƏBƏR LENTİ
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)





