Maraqlı

Qara yemişan və onun faydaları

5 Dekabr 2020 07:01
Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qara yemişanın tərkibində C, A, E, P, K, B qrup vitaminlər, dəmir, maqnezium, kalsium, alıiminium, gümüş, marqanez mineralları, çoxlu amin turşuları var. Bundan başqa qara yemişanın tərkibi qlükoza, efir yağları, antioksidant, meyvə turşuları ilə zəngindir. Qara yemişanın 100 qramında 62 kkalori var.
Qara yemişan bir çox xəstəliklərin müalicəsində müalicəvi təsirə malikdir:
*Qara yemişanın dəmləməsi qan təzyiqini aşağı salır, aterosklerozu aradan qaldırır.
*Görmə qabiliyyətini yaxşılaşdırır, gözün billur qişasını qoruyur, göz əzələlərini möhkəmləndirir.
*Qara yemişan dəmləməsi qanda şəkərin miqdarını aşağı salır.
*Yaddaşı möhkəmləndirir, beyin qan dövranını yaxşılaşdırır.
*Qadınlarda yumurtalıqların funksiyasını yaxşılaşdırır, toxumları cinsi həvəsi artırır, sonsuzluğun aradan qalxmasına yardımçı olur.
*Qara yemişan maddələr mübadiləsini yaxşılaşdırır.
* Dəmləməsi qızdırmanı aşağı salır, soyuqdəyməni aradan qaldırır.
*Yarpaqlqrının dəmləməsi diş əti qanaxmasının qarşısını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.