Maraqlı

“Nokia 6300 4G” və “Nokia 8000 4G” telefonları rəsmən təqdim olunub

14 Noyabr 2020 07:41
Baxış: 2 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"HMD Global" şirkəti əfsanəvi "Nokia 6300" telefonunun müasir versiyasını və "Nokia 8000" telefonunu rəsmən təqdim edib. Müvafiq olaraq "Qualcomm Snapdragon 205" və "Snapdragon 210" mobil platformaları əsasında qurulan yeni qurğular "4G/LTE" mobil rabitə dəstəyini təklif edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Nokia 6300 4G" və "Nokia 8000 4G" modellərinin əsasını monoblok düyməli smartfonların klassik dizaynı təşkil edir. Qurğular müvafiq olaraq 320 × 240 piksel təsvir ölçülü 2,4 və 2,8 düymlük ekran, "4G VoLTE", "Wi-Fi 802.11 b/g/n", "Bluetooth 4.1 LE", "A-GPS" dəstəyi, "Micro-USB" çıxışları və 1500 milliamper/saat tutumlu batareya ilə təchiz olunub. Hər iki telefon "KaiOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyir, "Google Assistant", "YouTube", "WhatsApp", "Facebook" və "KaiStore" mağazasının yüzlərlə digər proqramını dəstəkləyir.

"Nokia 6300 4G" modelinin xüsusiyyətləri: 2,4 düymlük "QVGA" ekranı; 1,1 giqahers tezlikli və "Adreno 304" qrafik nüvəsinə malik ikinüvəli "Qualcomm 205" (MSM8905) prosessoru; 512 meqabayt tutumlu operativ yaddaş; 32 giqabayt tutumlu "microSD" yaddaş kartlarını dəstəkləyən 4 giqabaytlıq quraşdırılmış yaddaş; iki "nano-SİM" kartı və "VGA" kamerası dəstəyi.

Bundan başqa, 3,5 millimetrlik audioçıxış və FM radiosu dəstəyi mövcuddur. "Nokia 6300 4G" telefonunun ölçüləri 131,4 × 53,0 × 13,7 millimetr, çəkisi 104,7 qram təşkil edir. "Cyan Green", "Light Charcoal" və "Powder White" rənglərində təklif ediləcək qurğunun qiyməti 49 avroya (58 dollar) bərabərdir.

"Nokia 8000 4G" modelinin xüsusiyyətləri daha böyük displeyin mövcudluğu, nisbətən güclü prosessor, eləcə də işıqlandırıcıya malik 2 meqapikselli kamera ilə fərqlənir. Qurğunun çəkisi 110,2 qram, ölçüləri 132,2 × 56,5 × 12,34 millimetr təşkil edir. "Onyx Black", "Opal White", "Topaz Blue" və "Cintrine Gold" rənglərində satışa çıxarılacaq model şirkət tərəfindən 79 avro (93 dollar) dəyərində qiymətləndirilir.

"Nokia 6300 4G" və "Nokia 8000 4G" telefonlarının yaxın vaxtlarda satışa çıxarılacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.