Exynos 2100 vs Snapdragon 875: Hansı prosessor daha performanslı olacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qualcomm və Samsung şirkətləri özlərinin ilk 5 nanometrlik prosessorlarının istifadəyə verilməsinə hazırlaşırlar. Söhbət, Snapdragon 875 və Exynos 2100 prosessorlarından gedir. Sözügedən prosessorların rəsmi təqdimatlarını gözləməyərək insayderlər artıq bu prosessorların Geekbench nəticələrini təqdim ediblər. Geekbench testlərinin nəticələrinə əsasən insayderlər xəbər veriblər ki, bu il performans baxımından məhz Samsung şirkətinin Exynos 2100 prosessoru qalib gələcək.
Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən hər iki prosessor müxtəlif regionlar üçün nəzərdə tutulmuş Galaxy S21 smartfonu tərkibində artıq Geekbench testlərindən keçiblər. Məlumatda qeyd olunub ki, hər iki prosessor 2 ədəd Cortex-X1 Super adlı yüksək performanslı nüvə əldə edib. Beləliklə Geekbench testlərinə əsasən Exynos 2100 prosessoru birnüvəli testdə 1323 xal, çoxnüvəli testdə isə 4215 xal toplayıb.
Snapdragon 875 prosessoru isə birnüvəli testdə 1204 xal, çoxnüvəli testdə isə 4121 xal toplayıb. Maraqlısı ondadır ki, enerji sərfiyyatına qənaət rejiminin aktivləşdirilməsi zamanı hər iki prosessorun test nəticələri demək olar eyni olublar. Qeyd etmək lazımdır ki, söhbət, qeyri rəsmi test nəticələrindən gedir və onlar bençmark sisteminə əlavə olunmayıblar. Snapdragon 875 prosessorunun təqdimatı dekabr ayının əvvəlində baş tutacaq. Exynos 2100 prosessorunun təqdimatı isə çox güman ki, gələn ilin əvvəlində baş tutacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)





