Maraqlı

Redmi'nin ilk ağıllı saatları nə vaxt satışa çıxacaq?

26 Sentyabr 2020 19:20
Baxış: 468

Keçən il Xiaomi Mi Watch ağıllı saatı çıxdıqdan dərhal sonra Redmi-nin CEO-su Lu Weibing oxşar cihaz Redmi-nin buraxacağına işarə edərək azarkeşlərin onu nə qədər gözlədiyini soruşdu.

Milli.Az techland.az-a istinadən bildirir ki, insayderin verdiyi məlumata görə model artıq REDMIWT01 kodu ilə sertifikasiyadan keçib və istehsala hazırdı.

Bu məlumatı əldə edən Digital Chat Sation ləqəbli insayder, ağıllı saatın oktyabr ayında çıxarılacağını və uzun batareya ömrünə sahib olacağını bildirib.

Ehtimal olunur ki, keçən il Xiaomi tərəfindən təqdim olunan MIUI For Watch xüsusi əməliyyat sistemi tərəfindən idarə olunacaq.

Qiyməti haqqında dəqiq məlumat verilməyib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.