Kərbəla xanımlarının əsarət zamanı hicabı necə idi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əgər tarixə nəzər salsaq görərik ki, heç bir mənbədə Əhli-Beyt (ə) xanımlarının hicabsız olması barəsində bir şey deyilməmişdir. Tarixin söylədiyi həqiqət budur ki, onların hicabları yerində idi, amma mübarək üzləri görünürdü və məlunlar onları naməhrəmlərin arasından aparırdılar.
O zaman ki, İmam Hüseyn (ə) şəhid olur, düşmən xeymələrə tərəf axışır və orada olan malları və dəvələri qarət edir. Seyid ibni Tavus yazır: "Düşmənlər qarət etmək üçün Peyğəmbərin (s) övladının və Zəhranın (s.ə) gözünün nurunun evinə hücum etdilər".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, başqa mənbədə oxuyuruq: "Əməvi qarətçiləri İmam Hüseynin (ə) uşaqlarını və ailəsini qarət etməyə başladılar. O qədər şər insanlar idilər ki, hətta qız uşaqlarının sırqasından və qolbağından belə keçmədilər".
Tarix yazır ki, düşmənlərdən biri Əhli-Beytin (ə) kiçik qızlarından birinə hücum çəkir və çadrasını başından çıxardır.
Ancaq bu deyilənlər o demək deyildir ki, Əhli-Beytin (ə) xanımları hicabsız qalmışdılar. Həzrət Zeynəb (s.ə) Quran təlimlərinə əsasən, çadradan əlavə uzun köynək və şalvar da geyinmişdi. Hətta parçadan üzünü bağlamaq üçün istifadə edirdi. Ona görə də əgər çadranı başlarından götürsə idilər belə, onların hicabı kamil şəkildə qalırdı.
Seyyid ibni Tavus yazır: "İmam Hüseyndən (ə) qalan əhli-əyalı palansız dəvələrə mindirdilər. Qadınlar düşmənlərin arasında üzü açıq şəkildə qaldılar. Halbuki onlar Peyğəmbərin (s) ən üstün əmanətləri idilər".
Başqa yerdə oxuyuruq: "Şama çatan zaman gündüz vaxtı qadınları və əsirləri üzü açıq şəkildə şəhərə daxil etdilər". (Hədənə)
Beləliklə deyə bilərik ki, Həzrət Zeynəb (s.ə) hətta əsarətdə olan zamanı da belə, kamil hicaba malik olmuşdur. Tarixin verdiyi məlumata görə, Əhli-Beyt (ə) xanımlarının ancaq mübarək üzləri açıq imiş. Bu da o deməkdir ki, xanımlar öz hicablarını qoruyub saxlaya bilmişdilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pomidoru soyuducuda saxlamayın
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
XƏBƏR LENTİ
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Lənkəranda şəhid anası vəfat etdi





