Maraqlı

Nissan GT-R modelinin "vida" versiyası 720 at qüvvəli mühərrik ilə təchiz ediləcək - FOTO

20 Sentyabr 2020 21:01
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nissan GT-R (R35) kupesinin həyat dövrü 2022-ci ildə sona çatacaqdır. Bu barədə Yaponiyanın Best Car Web jurnalı öz mənbələrinə istinadən məlumat verib. Eyni zamanda, şirkət, Final Editon adlı "vida" versiyasını buraxmağı planlaşdırır. Şayiələrə görə, "vida" versiyası GT-R50 kolleksiya versiyasının mühərrikini alacaq və yalnız 20 nüsxəlik tirajla buraxılacaqdır.

Xatırladaq ki, bir milyon avroya satılan Nissan GT-R50 kolleksiya modeli Nismo bölməsi tərəfindən təkmilləşdirilmiş 3,8-litrlik V6 mühərriki GT3 kateqoriyasında yarışan avtomobillərindən götürülmüş turbokompressorlar, yüksək məhsuldarlıqlı yanacaq və yağ injektorları, həmçinin təkmilləşdirilmiş alışdırma sistemi ilə təchiz edilir. Güc qurğusunun hasilatı 720 at qüvvəsi və 780 Nm fırlanma anı təşkil edir.

İlkin məlumata görə, Nissan GT-R Final Edition modelinin tirajı cəmi 20 nüsxədən ibarət olacaqdır. Final seriyasından olan avtomobillərin qiyməti 40 milyon yen (376,700 dollar) olacaqdır. Qeyd etmək lazımdır ki, Yaponiyada normal Nissan GT-R modelinin qiyməti təxminən 11 milyon yen, Nismo indeksli avtomobilin qiyməti isə 24,2 milyon yen təşkil edir.

Bundan əvvəl, növbəti nəsil Nissan GT-R modelinin hibridə çevriləcəyi bildirilmişdi: superkar kinetik enerjinin rekuperasiyası sisteminə sahib olan güc qurğusunu alacaqdır. Bənzər texnologiya, məsələn, Le Manda iştirak edən Nissan GT-R LM Nismo yarış avtomobilində artıq istifadə olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.