Bilindiyi kimi Apple şirkəti yeni iPhone 12 seriyasında artıq istifadəçilərə 5G dəstəkli smartfonlar təqdim edəcək. Şirkətin tarixçəsinə nəzər saldığımızda görürük ki, hər zaman mövcud olan texnologiyanın ən üst səviyyəsini istifadə edirlər. Lakin yeni çıxan məlumatlara görə Apple 5G mövzusunda bu addımı atmayacaq. Verilən məlumatlara görə şirkət iPhone 12 Pro modelində hal-hazırda mövcud olan ən üst səviyyə 5G texnologiyasını istifadə etməyəcək.
Forbes tərəfindən verilən məlumata görə Apple şirkəti iPhone 12 Pro modelində orta seqment Android smartfonlarında istifadə edilən 5G texnologiyasını istifadə edəcək.
Forbes-in yayımladığı xəbərə görə Apple şirkəti Premium 5G dəstəyini yalnızca iPhone 12 Pro Max modelində istifadə edəcək. Lakin burda da bir problem var: Sadəcə xüsusi bölgələrə Premium 5G dəstəkli iPhone 12 Pro Max modeli satılacaq. Bura Amerika, Yaponiya və Koreya daxildir. Yəni bu 3 ölkədən başqa digər bütün ölkələrdə satılan iPhone 12 Pro Max modelində də orta seqment Android smartfonlarda istifadə edilən 5G texnologiyası olacaq. Həmçinin iPhone 12, iPhone 12 Max və iPhone 12 Pro modelləri də orta seqment smartfonlarda istifadə edilən 5G dəstəyinə malik olacaqlar.
Bəs Premium 5G nədir? Hal-hazırda 5G texnologiyasının 2 versiası var: mmWave adlandırılan ən üst versiya və 6 Ghz altında işləyən orta seqment adlandırılan versiya. Apple yuxarıda adını sadaladığımız ölkələrdə mmWave 5G dəstəkli iPhone 12 Pro Max modelini satacaq. Digər bütün ölkələrdə və digər bütün modellərdə isə 6 Ghz altında işləyən 5G dəstəyi olacaq. Bəs buna səbəb nədir? Forbes-də işləyən Gordon Kelly-ə görə bu addımın atılmasında əsas səbəb iPhone 12 seriyasının batareya tutumlarının azaldılmasıdır. mmWave adı verilən 5G texnologiyası batareyanı çox istifadə edən bir texnologiya olduğu üçün sadəcə iPhone 12 Pro Max modelində istifadə ediləcək. Məlum olduğu kimi iPhone 12 seriyasının ən böyük batareyasına malik modeli bu olacaq.
Bir digər məlumat isə Apple şirkəti gələn ilin əvvəllərində 4G dəstəkli bir iPhone 12 modeli daha çıxaracaq və 5G-li modellərə nəzərən 200 dollar ucuz olacaq. Əlavə olaraq 4G istifadə edəcəyi üçün daha uzun batareya ömrü verə biləcək. Lakin bunlar hələki şayiələrdir.
Milli.Az