Maraqlı

“Windows 10” əməliyyat sisteminin bazar payı 60%-i ötüb

10 Sentyabr 2020 08:21
Baxış: 569
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"NetMarketShare" xidmətinin məlumatına görə, 2020-ci ilin avqustunda fərdi kompüterlərin 60,57%-nə "Windows 10" əməliyyat sistemi quraşdırılıb. Bir ay bundan əvvəl bu göstərici 59,37% olub. Bu vaxt ərzində "Windows 7" sisteminin bazar payı 23,34%-dən 22,31%-dək azalıb. İlk üçlükdə qərarlaşmış "Windows 8.1" sisteminin bazar payı 3,48% təşkil edir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, həmçinin "StatCounter" xidmətinin məlumatına görə "Windows 10" sistemi liderdir. 2020-ci ilin avqustunda "Windows" sistemi ilə işləyən kompüterlər arasında platformanın bazar payı 73,76% təşkil edib ki, bu da ötən ayın göstəricisindən (73,05%) çoxdur. Bu şirkətin analitikləri "Windows 7" sisteminin bazar payını 2020-ci ilin avqust ayının yekunu üzrə 19,44% qiymətləndiriblər.
 
2020-ci ilin yanvarında "Windows 7" sisteminin dəstəyi dayandırılıb, amma sahibləri ondan imtina etməyə tələsməyiblər. "Windows 7" sisteminin bazar payının azalması tədricən baş verir və dünyada hər dördüncü kompüterdə quraşdırılmağa davam edir.
 
19 il bundan əvvəl çıxarılmış "Windows XP" sistemi indiyədək dünyadakı kompüterlərin 1,2%-nə quraşdırılıb. Bu, "Windows 8 (0,5%), "ChromeOS" (0,4%) və "Windows Vista"nın (0,1%) göstəricilərindən çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.