Maraqlı

F-16 pilotu ilə heron sistemləri üz-üzə - Süni intellekt qalib gəldi

25 Avqust 2020 20:10
Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da "İT döyüşü" simulyasiyasında süni intellekt və insanın qarşılaşdığı 5 mübarizənin 5-ində də süni intellekt qalib gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, F-16 pilotu ilə mübarizədə qələbə qazanan süni intellekt texnologiyası hazırda çoxlarının diqqət mərkəzindədir. Bəziləri bu tendensiyanı müsbət qarşılaşa da, digərləri süni intellektin insanlığı ələ alacağını düşünürlər.

Belə müzakirələrin getdiyi müddətdə ABŞ ordusunun araşdırma mərkəzi DARPA keçirdiyi testi uğurla sonlandırıb. DARPA simulyasiya vasitəsilə F-16 pilotu ilə heron sistemləri üçün yaradılan süni intellekti qarşı-qarşıya qoyub. Nəticə gələcək döyüş təyyarələrinin pilotsuz olacağından xəbər verib.

Mütəxəssislərin fikrincə,  DARPA-nın apardığı test süni intellektin uçaraq nələr edə biləcəyinin sübutudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.