Maraqlı

Dizaynerlər kompüter alarkən nələrə diqqət etməlidirlər?

15 Avqust 2020 22:20
Baxış: 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hansı kompüter parametrlərinə ehtiyac olması peşə sahiblərinə görə dəyişir.

Milli.Az ted.az-a istinadən dizaynerlərin kompüter alarkən diqqətdə saxlamalı olduğu məqamları təqdim edir:

-Dizayner və memarların istifadə etdikləri proqramlar bütün əməliyyat sistemləri üçün keçərlidir. Məhz buna görə də alınacaq kompüterin bütün əməliyyat sistemlərini dəstəkləməsinə diqqət etmək lazımdır. Autocad, Sketch Up, Lumium kimi rəsm platformalarının xüsusilə də render prosesi zamanı əlçatanlığı birbaşa əməliyyat sistemindən asılıdır.

-Kompüterin Hz göstəricisi ekranın yenilənmə sürəti deməkdir. 3D rəsmlərin təqdimatı zamanı rakursları sağa, sola sürüşdürdükdə ekran gözlə görülə bilməyəcək qədər sürətlə yenilənir. Buna görə də, Hz göstəricisi kompüter üçün əsas məqamlardan biridir.

- NIT dəyəri adlı ekran parlaqlığını ifadə edən anlayış da bu peşə sahibləri üçün önəm daşıyır. Bu, açıq havada, günəş şüaları altında təqdimat keçirərkən lazım olur. NIT dəyəri yüksək olan kompüter seçsəniz ekrana nə qədər işıq düşməsindən asılı olmayaraq işinizi görə biləcəksiniz.

-Təbii ki, 3D proqramlar istifadə edərkən kompüterin RAM-ı və depolama sürəti də önəm daşıyır. Yüksək RAM təqdimat zamanı birdən artıq tətbiqi eyni vaxtda istifadə etməyə şərait yaradır.

-Əksər memar və dizaynerlər təqdimatı açıq havada keçirdiyi üçün kompüterin batareyası, enerji saxlama müddəti vacibdir. Təqdimat zamanı kompüterin yeni enerjiyə ehtiyacının olmaması əsas şərtdir. Çünki inşaat sektorunda elektrikin  əlçatan olmadığı məkanlar az deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.