Maraqlı

Hər işçiyə əlavə 1000 dollar veriləcək - Evdən işlədikləri üçün

7 Avqust 2020 23:00
Baxış: 2 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" şirkətinin işçiləri 2021-ci ilin yayına qədər evdən işləyəcək.

Milli.Az xəbər verir ki, şirkət koronavirus pandemiyası səbəbilə tətbiq etdiyi evdən işləmə modelini gələn ilin iyul ayına qədər uzadıb.

"Facebook"un sözçüsü Nneka Norville tərəfindən verilən açıqlamada qərarın səhiyyə və ictimai mütəxəssislərin tövsiyəsi ilə verildiyini bildirib.

Şirkət işçilərinə evdən işləmək ehtiyacları üçün maaşdan əlavə 1000 dollar vəsait verəcək.

Qeyd edək ki, ABŞ-ın texnologiya nəhənglərindən "Google" da ötən həftə evdən işləmək modelini 30 iyun 2021-ci ilə qədər uzatdığını açıqlamışdı. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.