Maraqlı

Alim insanları əl sıxmaqdan həmişəlik imtina etməyə çağırıb

25 İyul 2020 08:59
Baxış: 1 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada gələcəkdə pandemiyadan qorunmaq üçün bir sıra davranış vərdişləri, xüsusən görüş zamanı əl sıxmaqdan imtina etmək lazımdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu London Gigiyena və Tropik Tibb Məktəbinin mikrobioloqu Baron Piot deyib.

Alimin fikrincə, ənənəvi əl sıxmaq yapon üslublu salamlaşmalarla əvəz olunmalıdır. Bundan əlavə, Piot əmindir ki, qoruyucu maska ​​taxmaq və tənəffüs xəstəliyi zamanı sosial məsafəni saxlamaq cəmiyyətdə normaya çevrilməlidir.

O, sübut olaraq, Avstraliyanın statistikasına istinad edib: burada tətbiq olunan sosial uzaqlaşdırma tədbirləri fonunda qrip və digər yoluxucu xəstəlikləri olan xəstələrin sayında azalma qeyd edilib.

Piot bildirir ki, fərqli ölkələrdəki mədəniyyət nümunələri uzun müddətdə epidemiyaların qarşısını almağa yönəldilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.