Maraqlı

İkinci rübdə dünyada fərdi kompüterlərin satışı 3 faiz artıb

23 İyul 2020 08:55
Baxış: 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gartner" analitik şirkəti bu ilin ikinci rübündə dünyada 64,8 milyon fərdi kompüter satılmasını açıqlayıb. Bu, bir il əvvəlin göstəricisindən 2,8 faiz çoxdur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, koronavirus pandemiyası ilə əlaqədar dərin tənəzzüldən sonra bazarda artım bərpa olunub, satıcılar ehtiyatları toplamağa başlayıb, mobil fərdi kompüterlərə tələbat isə yüksəlib. Xüsusilə sürətli artım - 20 faiz Avropa, Yaxın Şərq və Afrika regionunda qeydə alınıb. Lakin mobil fərdi kompüterlərə tələbat distansiyalı işə keçidlə əlaqədardır və onun artımı qısamüddətli olacaq.

"Lenovo" və "HP" şirkətləri fərdi kompüterlərin satış sayına görə birinci və ikinci yeri bölüşüb - bazarın ümumi həcminin 25 və 24,9 faizi. "HP" təchizatla bağlı problemlərin həlli və ötən illə müqayisədə satış həcminin 17,1 faiz artırılması sayəsində liderə yaxınlaşıb. "Lenovo" şirkəti satış həcmini 4,2 faiz artırmağa nail olub. "Dell" şirkətinin satışı isə 2016-cı ildən ilk dəfə cüzi azalıb.

Bununla yanaşı, masaüstü fərdi kompüterlərin satış həcminin azalması mobil fərdi kompüterlərin satışının artması ilə kompensasiya olunub. "Acer" satışı 23,6 faiz artıraraq "Apple" şirkətinə yetişib: şirkətlər bazarın müvafiq olaraq 6,2 və 6,7 faizinə nəzarət edirlər. "ASUS" şirkəti də satışı xeyli artırıb və onun bazar payı ötənilki 4,7 faizdən 5,5 faizədək yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.