Maraqlı

Yaponiya kosmik tullantıları lazerlə məhv edəcək

9 İyul 2020 21:20
Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "JSAT" peyk şirkəti lazerin köməyi ilə kosmik tullantıların aradan qaldırması üzrə planlarını açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət lazerlə təchiz edilmiş, kosmik tullantıları məhv etməyə kömək edəcək peyki 2026-cı ildə orbitə göndərməyi planlaşdırır.

İlk işlər aktiv peyklərlə rastlaşa bilmə ehtimalı olan tullantıların kiçik fraqmentləri üzərində aparılacaq.

Zəif lazerlə təchiz edilmiş peyk tullantıları qısa impulslar vasitəsilə hədəfə alır. Bu üsulla tullantıların hər parçasının müəyyən kiçik hissəsinin əridilməsi planlaşdırılır.

Beləliklə, kosmik tullantı öz trayektoriyasını dəyişdirəcək və Yer kürəsinin atmosferinə doğru hərəkət edərək burada tamamilə yanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.