Maraqlı

Dünyanın ən sürətli super kompyuteri - Fugaku

12 İyul 2020 21:40
Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada dövlət dəstəyi olan Riken Araşdırma İnstitutu tərəfindən hazırlanmış Fugaku, ildə iki dəfə nəşr olunan Top500 siyahısında dünyanın ən sürətli super kompyuteri olmağı bacardı. Fugaku üzərində 6 il ərzində işlər aparılıb və hal-hazırda digər kompyuterlərlə müqayisədə daha çox əməliyyat həyata keçirə bilir.

Koronavirusla mübarizədə istifadə edilən Fugaku kompyuterinin birinci olduğu Top500 siyahısı, Almaniya və ABŞ-dan mütəxəssislər tərəfindən super kompyuterlərin qiymətləndirilməsi nəticəsində yaradılır.

Riken və Fujitsu firması tərəfindən müştərək şəkildə hazırlanmış super kompyuter, təxminən 415,53 petaflop əməliyyat gücünə sahibdir. Bu da Fugaku kompyuterinin siyahının ikinci yerində duran super kompyuterdən tam 2,8 dəfə daha sürətli olduğu bildirir.

Maraqlı məqamlardan biri kompyuterin adı ilə bağlıdır. Fugaku sözü, 3.766 metr yüksəkliyi ilə Yaponiyadakı ən yüksək dağ olan 'Fuji Dağı' mənasını verir. 6 il ərzində hazırlanan super kompyuterin, 2021-ci ilin aprel ayından etibarən tam istifadəyə verilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.