Maraqlı

Koronavirusu məhv edən robot yaradılıb

4 İyul 2020 08:11
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəhreyndə koronavirus və digər mikroorqanizmləri məhv edən robot hazırlanıb. Bu barədə "Daily Mail" nəşrinin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, on iki dildə danışan robot bədən temperaturunu ölçür, səsli komandalara reaksiya verir və xəstələrin sifətinin tanınması texnologiyasından istifadə edir.

Məlumata görə, qurğu virusa qısadalğalı ultrabənövşəyi şüalandırma ilə təsir göstərir. Onun 30 dəqiqə ərzində bütün mikroorqanizmlərin 90 faizini öldürərək onların membranını məhv etməsi nəticəsində orqanizmlərin DNT-si parçalanır. Bununla yanaşı, virusların məhv edilməsi zamanı insanlar otaqda olmamalıdır, çünki qurğunun işığı insan hüceyrələrinə zərər verə bilər.

Şərqi İngiltərə Universitetinin professoru Pol Hanterin sözlərinə görə, ultrabənövşəyi şüa əksər viruslarla effektiv mübarizə aparır. Odur ki, ultrabənövşəyi işığın "SARS-CoV-2" koronavirusunu dezaktivasiya etməsi təəccüb doğurmur.

Bildirilir ki, hazırda robotun sənaye şəraitində sınaqları keçirilir. Artıq Bəhreynin tibb müəssisələrində istifadə üçün iki robot buraxılıb. Bəhreyn Səhiyyə Nazirliyinin doktoru Valid Əl-Manea qurğuların həkim və tibb bacılarına kömək etməsinə görə onları tibbi inqilab adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.