Maraqlı

Çinin TikTok, WeChat, Weibo kimi məşhur servisləri Hindistanda qadağan olunublar: Səbəb nədir?

2 İyul 2020 08:55
Baxış: 1 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın elektronika və informasiya texnologiyaları nazirliyi Çin şirkətləri tərəfindən yaradılmış 59 tətbiqin öz ölkəsində çalışmasına qadağa qoyub. Siyahıda TikTok, WeChat və Weibo kimi məşhur servislər var. Bu barədə CNBC saytı xəbər verib. Hindistan hökuməti qeyd edib ki, bu tətbiqlər ölkə suverenliyinə, bütövlüyünə, təhlükəsizliyinə, müdafiəsinə və ictimai asayişinə zərər verən fəaliyyət ilə məşğuldurlar.

Məlumata əsasən Hindistan hökuməti bu tətbiqlərin əslində hansı işlərlə məşğul olduqları barəsində məlumatlar əldə edib. Məlumatda qeyd olunub ki, həmin tətbiqlərdən istifadəçi məlumatlarının oğurlanmasında və onların gizli şəkildə Hindistandan kənarda yerləşən serverlərə ötürülməsində istifadə olunurlar. Sözügedən tətbiqlərin Hindistanda qadağan olunması dedikdə nəyin nəzərdə tutulması hələ biinmir. Belə ki, bu tətbiqlər Google Play və App Store platformalarında müstəqil şəkildə yerləşirlər.

Bununla yanaşı Hindistan TikTok servisinin ən böyük bazarlarından biridir. Belə ki, bu ilin aprel ayında qeyd olunmuş 2 milyard yüklənmənin 30%-i məhz Hindistan bazarının payına düşüb. Counterpoint tədqiqat şirkətinin analitiki Tarun Pathak qeyd edib ki, bu qadağa Hindistandakı hər üçüncü smartfon istifadəçisinə təsir göstərəcək. Sanksiya siyahısına düşmüş bütün tətbiqlərin ümumi istifadəçi kütləsi isə 500 milyondan çoxdur. Hindistanda qadağan olunmuş servislərin siyahısı aşağıdakı kimidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.