Maraqlı

Koronavirusun iynəli taclarının sayı artıb - İndi daha çox hüceyrərə yapışır

18 İyun 2020 23:35
Baxış: 1 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ alimlərinin apardığı son tədqiqata görə koronavirusun xüsusi mutasiyası onun hüceyrələri yoluxdurma potensialını artırıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu tədqiqat epidemiyanın daha əvvəl başladığı bir çox ölkələrdə itkilərin niyə daha az olmasını izah edir.

Alimlərin sözlərinə görə, "D614G" adı verilən mutasiya koronavirusun tacı boyu yerləşən iynələrin sayını artırıb. Bu iynələr koronavirusun hüceyrələrə yapışmasına və beləliklə onları yoluxdurmasına imkan verir.

"Mutasiya səbəbindən bu iynələrin sayı və sıxlığı 4-5 dəfə artıb",- deyə araşdırmanın müəlliflərindən bir olan Hyeryun Ço bildirib.

Eyni zamanda tədqiqatçılar qeyd ediblər ki, bu mutasiyanın xəstəliyin ölüm riskini artırıb- artırmadığı hələ ki, bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.