Mazda BT-50 pikapının yeni nəsli debüt edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mazda şirkəti yeni nəsil BT-50 pikapını təqdim edib. 10 ildir ki istehsal edilən pikapın yeni nəsli Isuzu şirkəti ilə əməkdaşlıqda hazırlanıb. Xatırladaq ki, BT-50 modelinin əvvəlki nəsli Ford şirkəti ilə birlikdə hazırlanmış və Ford Ranger pikapına əsaslanırdı. Müvafiq olaraq, modelin mühərrik çeşidinə Ford mühərrikləri daxil idi.
Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni Mazda BT-50 pikapı Isuzu şirkətinin D-Max pikapının əsasında yaradılmışdır. Məlum məsələdir ki, yeni pikap İsuzu şirkətinin məhsulu olan 190 at qüvvəsi və 450 Nm fılanma anı hasil edən 3,0-litrlik dizel mühərriki ilə təchiz edilir. Güc aqreqatı 6-pilləli mexnakik və ya avtomatik ötürmələr qutusu ilə tandemdə çalışa bilər. Pikap arxa və ya tam ötürmə ilə təklif ediləcəkdir. Bəzi məlumatlara görə, gələcəkdə Mazda şirkəti pikapın mühərrrik çeşidini daha yığcam və əlçatan mühərriklər ilə zənginləşdirməyi nəzərdə tutur.
Mazda BT-50 modelinin qabarit uzunluğu 5280 millimetr, eni - 1870 millimetr, hündürlüyü - 1790 millimetr, təkər bazasının genişliyi isə 3125 millimetr təşkil edir. Bu qabaritlər donor modelinin ölçüləri ilə üst-üstə düşür. Buna baxmayaraq, Mazda pikapı CX-5 və CX-9 modellərinin üslubunda özünəməxsus dizayna malik olub.
İnteryer arxitekturası Isuzu pikapındakı ilə eynidir - mərkəzi tonnelin və konsolun quruluşu, 9-düymlük multimedia sistemi, klimat-kontrolun bloku və cihazlar paneli donordan götürülüb. Mazda yalnız ön paneli və sükan çarxını dəyişdirib.
Hələlik Mazda şirkəti Avstraliya bazarı üçün nəzərdə tutulmuş və ilin ikinci yarısında satışları başlayacaq ikiqat kabinalı pikapı təqdim edib. BT-50 modelini D-Max ilə birlikdə Isuzu şirkətinin Tailanddakı zavodunda buraxacaqlar. Modelin başqa bazarlarda təklif ediləcəyi barədə məlumat yoxdur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
XƏBƏR LENTİ
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin





