Maraqlı

Kianu Rivz "The Matrix" filmin 4-cü hissəsində çəkilməsinin səbəbini açıqlayıb

12 İyun 2020 02:30
0 Şərh     Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lana Laçovskinin ssenarisi məşhur Hollivud aktyoru Kianu Rivzi fantastik franşiza sayılan "The Matrix" filminin 4-cü hissəsində çəkilməsinə həvəsləndirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə aktyor özü "Empire" jurnalına açıqlama verib.

Lana Laçovski elə bir ssenari yazıb ki, onun süjeti mənim qəlbimi titrətdi. Filmə çəkilməyimin səbəbi də yalnız budur", - deyə K.Rivz bildirib.

"Warner Bros" kinostudiyasından verilən məlumata görə, franşizanın dördüncü hissəsində pərəstişkarlar Kianu Rivz və Kerri-Enn Mossu görə biləcəklər. Filmdə, həmçinin onlarla birlikdə Cada Pinket Smit, Yəhya Abdül Mətin, Nil Patrik Xarris, Cesika Henvik, Conatan Qroff və başqaları çəkiləcək.

Qeyd edək ki, filmin premyerası 2021-ci il mayın 21-nə nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.