Maraqlı

NASA bu tarixdə açıq kosmosa uçuş planlaşdırır

9 İyun 2020 21:25
Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı astronavtlar iyun-iyul aylarında Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindən açıq kosmosa  iki çıxış həyata keçirəcəklər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə NASA-nın rəsmi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, daha əvvəl 2020-ci ildə bu proqram üzrə artıq üç belə çıxış reallaşıb. Astronavtlar Kristofer Kessidi və Robert Benkenin ilk iki çıxışı 26 iyun və 1 iyul tarixlərinə planlaşdırılır.

Bildirilib ki, batareyaların dəyişdirilməsi üçün ümumilikdə dörd çıxış tələb olunur. BKS-nin enerji təchizatı sistemi üçün altı yeni batareya stansiyaya Yaponiyanın "HTV-9" kosmik yük gəmisi vasitəsi ilə mayın sonunda çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.