Maraqlı

“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

4 İyun 2020 07:59
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Microsoft" korporasiyası "Windows 10" əməliyyat sistemi üçün "Windows 10 May 2020 Update" adlı yeniləməsini təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, əsas yeniliklərdən biri inteqrasiya edilmiş "Linux" nüvəsinə malik "Windows for Linux" (WSL2) alt sisteminin ikinci versiyası olub. Məlumata görə, nüvə "Windows Update" vasitəsilə yenilənəcək.

Bundan başqa, "Cortana" səs köməkçisinə də dəyişikliklər edilib. İndi onu tapşırıqlar panelindən deaktiv etmək və başqa ünsiyyət üsulunu (mətn və ya səslə) seçmək olar.

Sistem yeniləmənin yeni versiyasını avtomatik quraşdırmağı təklif edir. Lakin yeniləmənin mövcudluğunu sazlamalarda "Update & Security" ("Yeniləmə və təhlükəsizlik") vərəqinə keçib "Windows Update"i açmaqla yoxlamaq da olar.

1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən təsis edilmiş "Microsoft" müxtəlif qurğular üçün proqram təminatının hazırlanması üzrə ən böyük korporasiyalardan biridir. Şirkətin mənzil-qərargahı Redmond şəhərində yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.