Maraqlı

“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

4 İyun 2020 08:05
Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin telekommunikasiya nəhəngi "Huawei" əsasən səyahətçilər üçün nəzərdə tutulan "Mobile WiFi 3" adlı mobil marşrutlayıcı nümayiş etdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni qurğu üçüncü və dördüncü nəsil mobil rabitə şəbəkələrinin (4G/3G) 11 diapazon tezliyində işi dəstəkləyir. Router mobil şəbəkələr vasitəsilə məlumat mübadiləsi edə və "Wi-Fi" vasitəsilə internet "paylaya" bilir.

Marşrutlayıcının buraxılış qabiliyyəti 150 Mbit/saniyə təşkil edir. Ona eyni anda 16 smartfon, planşet kompüter, noutbuk və s. istifadəçisi qoşula bilər.

Tam avtonom rejimdə işləyən routerin enerjisi 1500 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator tərəfindən təmin edilir.

Qurğunun korpusunun qalınlığı 14 millimetr, çəkisi 73 qramdır. Yeni marşrutlayıcı ağ və qara olmaqla iki rəng variantında təklif ediləcək.

"Huawei Mobile WiFi 3" routerinin təxmini qiyməti 35 dollara bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.