Maraqlı

"Zoom" platformasının bazar dəyəri 50 milyard dolları ötərək rekord səviyyəyə yüksəlib

1 İyun 2020 20:04
Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zoom" videokonfrans platformasının bazar dəyəri ilk dəfə 50 milyard dolları ötüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Zoom" videokonfrans proqramını istehsal edən "Zoom Video Communications Inc"in səhmlərinin dəyəri rekord səviyyəyə yüksəlib və şirkətin bazar dəyəri ilk dəfə 50 milyard dolları keçib.

"Zoom"un səhmlərinin qiyməti 9,7 faiz artaraq 179,48 dollara çatıb, nəticədə şirkətin bazar dəyəri 50,6 milyard dollar olub.

İnvestorların koronavirus pandemiyası zamanı bu proqramdan istifadənin artmasının uzunmüddətli mənfəət artımına səbəb olacağını gözlədiyi üçün şirkətin səhmlərini alması nəticəsində "Zoom"un səhmləri cari ildə 160 faizdən çox dəyər qazanıb.

Şirkətin səhmlərinin dəyəri hazırda "Zoom"un təxmini mənfəətindən 55 dəfə artıqdır.

"Bloomberg"in milyarderlər indeksinə görə, "Zoom" şirkətinin təsisçisi və icraçı direktoru Eric Yuanın sərvəti 800 milyon dollar artaraq 9,3 milyard dollara çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.