“5G” dəstəkli “Xiaomi” “8K” televizoru təqdim edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Xiaomi" şirkəti tərəfdaş "Yunmi" brendi ilə birlikdə "Smart Screen 21Face" televizorlar seriyasını təqdim edib. Seriyanın qabaqcıl modeli təkcə 120 QHs yenilənmə tezlikli "8K" formatlı ekranla deyil, həm də "ağıllı" displeyin "5G" şəbəkəsini və distansiyalı idarəetmə pultundan istifadənin zəruriliyini aradan qaldıran jestlərlə idarəetmə texnologiyasını dəstəkləməklə fərqlənir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, 75 düym diaqonallı televizorun ekranı BT709 rəng qammasının 143 faizini əhatə edir və 3D LUT profillərini dəstəkləyir. Qurğunun yuxarı kənar hissəsində 1080p təsvir ölçülü, iki "3D" sensorlu və məsafə sensorlu süni intellekt kameraları yerləşir. O, təkcə videobağlantı üçün istifadə edilmir, eyni zamanda "Xbox" konsolları üçün "Kinect" aksesuarına bənzər virtual sensor panel funksiyalarını yerinə yetirir. Onun vasitəsilə bir sıra əməliyyatlar, o cümlədən videonun sürətli irəli verilməsi və səsin tənzimlənməsi yerinə yetirilir. Bundan əlavə, televizor standart distansiyalı idarəetmə pultuna alternativ olaraq səsli komandaları dəstəkləyir.
Yeni qurğu ayrılmış qrafik sürətləndiriciyə malik dördnüvəli prosessor əsasında qurulub, 8,5 giqabaytlıq operativ, 128 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də inteqrasiya edilmiş "5G" modemi ilə təchiz olunub. Modelin daha bir xüsusiyyəti split-dizayndır: komplekt saundbarı ekrandan ayrıca yerləşdirmək mümkündür. "Dolby Atmos" həcmli səs texnologiyasını dəstəkləyən quraşdırılmış televizor akustikasının ümumi gücü 100 vatt təşkil edir.
75 düymlük TV, o cümlədən 55 və 65 düymlük modellər iyunun 18-də Çində satışa çıxarılacaq. "Yunmi Smart Screen 21Face" smart televizorlarının qiyməti hələ ki açıqlanmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
"Real" Kurtua ilə bağlı qərar verdi
XƏBƏR LENTİ
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi





