Gulfstream G550 - hər detalı ilə möhtəşəm olan cet - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nüfuzlu Robert J. Collier mükafatını qazanan və sahibləri tərəfindən ən sərfəli biznes cet adlandırılan Gulfstream G550, çox sayda azarkeş qazanıb. Bəs bu uğurun sirri nədir?
Gulfstream G550 - amerikan təyyarə istehsalçısı olan Gulfstream Aerospace Corporation korporasiyasının ən məşhur işgüzar reaktiv modellərindən biridir. Nəhəng illuminatorlar sayəsində G550 asanlıqla tanınır və tez-tez Hollivud blokbasterlərində görünür.
Milli.Az autograph.az-a istinadən bildirir ki, qırxdan çox sürət rekordlarını qeydə alan Gulfstream G550 özünü ən sürətli və uzunmənzilli biznes ceti kimi ad qazanıb. Yüksək sürətini (0.85 Maxa qədər) böyük uçuş diapazonu (12,501 kilometr) ilə birləşdirən bu beznes cet, uzunmənzilli uçuşlar üçün optimal hesab olunur.
İnfraqırmızı kameraları daxil olan, xüsusi idarəetmə sistemi və yaxşılaşdşrılmış görmə sistemləri G550 təyyarəsinə pis görüntü şəraitində qalxmasına və enməsinə imkan verir. Eyni zamanda, qabaqcıl avionika sayəsində təyyarə qısa uçuş-enmə zolağı olan yüksək hündürlükdə yerləşən hava limanlarından istifadə edə bilir.
G550 ceti möhtəşən uçuş qabiliyyətlərini iki güclü Rolls-Royce BR 710 reaktiv mühərrikləri və füzelyajın yaxşı aerodinamikası sayəsində ədə edib, əla uçuşun rahatlığını isə, ən xırda detallarına qədər düşünülmüş kabin infrastrukturu təmin edir.
Salon
Gulfstream G550 modeli 19 sərnişinin daşınması üçün sertifikat alsa da, praktikada belə quruluşa rast gəlinmir. Cetin standart sərnişin tutumu təxminən 13-14 nəfərdir, lakin dar füzelyaja baxmayaraq, sərnişinlər maksimum rahatlıqla yerləşdirilir: salonun uzunluğu 13,39 metr, eni - 2,24 metr və hündürlüyü isə 1,88 metrdir.
Gulfstream cetinin 14 ovalşəkilli pəncərəsii kabini təbii işıqla doldurur. Buraya, çox aşağı barometrik yüksəklik ilə birlikdə tamamilə təmiz havanı da əlavə edin. Bunlar, təsiri əvəzolunmaz olan incə ştrixlərdır. Təbii işıq və təmiz havanın bolluğu sərnişinlərə iş qabiliyyəti qorumağa və diqqətlərini cəmləməyə kömək edir.
Aşağı barometrik yüksəklikdə, insanın orqanizmi o qədər də gərginlik hiss etmir və sərnişinlər getdikləri yerə istirahət etmiş və çalışmağa hazır vəziyyətdə çatırlar. Gulfstream G550 cetinin sakit salonu da əvhal-ruhiyyəni yaxşılaşdırmağa xidmət edir. Qabaqcıl səs-küy boğma üsulları mühərrik səs-küyünü yarandığı yerdə - yəni, təyyarənin bortundan kənarda, - qalmasını təmin edir.
Çevik rahatlıq
Gulfstream G550 istənilən uçuş zamanı sərnişinlərin müxtəlif ehtiyaclarını ödəmək üçün çevik salon dizaynına malikdir.
Bəzi sxemlər səkkiz sərnişin üçün çarpayıları nəzərdə tutur, dörd fərdi yaşayış zonasını yaratmaq imkanı isə, uçuş heyəti üzvləri üçün xüsusi istirahət yeri, fərdi bölmə, danışıqlar üçün zona və əyləncə üçün məkan da daxil olmaqla müxtəlif növ zonlar təşkil etməyə yardım edir. G550 modelinin ön və ya arxa hissəsində tam ölçülü mətbəx yerləşdirmək olar. G550 ceti öz sinifində belə çeviklik təklif edən yeganə modeldir.
Tələbkar səyahətçilər üçün, xüsusi material birləşmələrinə, elektriklə tənzimlənən və masaj funksiyasına malik olan kreslolar, smartfon və ya planşetin köməkliyi ilə salon funksiyalarını idarə etmək imkanı verən Elite salon konfiqurasiyası nəzərdə tutulub.
İdeal iş şəraiti
Uçuş vaxtını səmərəli şəkildə istifadə etmək imkanı, biznes cetinə sahib olmağın əsas üstünlüyüdür. G550 təyyarəsində hər zaman tam işlək vəziyyətə olan ofis mövcuddur. Təyyarənin standart avadanlıqlar siyahısına Wi-Fi şəbəkəsi, peyk rabitəsi və Iridium telefonu, həmçinin faks və yaxud printer daxildir. Bundan başqa, Gulfstream Corporation İnternet bağlantısı ilə təmin etməyin müxtəlif variantlarını təklif edir ki, bu da sərnişinlərə xarici aləmlə daima əlaqədə olmağa imkan verir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
XƏBƏR LENTİ
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)





