Əllərdə qaşıntı nədən yaranır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əllərdə qaşıntı dermatoloaqa tez-tez müraciət edilən şikayətlərdən biridir. Əllərin qaşıntısı bir çox səbəblərdən yarana bilər. Bunlardan ən önəmli səbəb əllərdə quruluq problemidir. Əlin quru olması qaşıntının birbaşa səbəbi ola bilər. Dərini qurudan səbəblər isə əl dərisi ilə təmasda olan allergenlərə bağlıdır. Məsələn, istifadə edilən sabunların aşağı keyfiyyətdə olması dərinin zədələnməsinə səbəb ola bilər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu dermatoloq, uzman həkim Mehdi İskəndərli açıqlayıb. Həkim bildirib ki, bəzi insanlarda quru dəri problemi genetik pozuntularla əlaqəlidir. Belə xəstələrdə sadəcə, əllərdə quruluq yaranmır: "Bədənin bütün nahiyələrində dəridə quruluq müşahidə edilir. Bu isə öz növbəsində dəridə qaşıntı şikayətini yaradır".
Onun sözlərinə görə, psixoemosional stres faktoru da əllərin qaşınmasına səbəb ola bilər. Belə xəstələrdə əllərin üst hissəsində və lokalizə qaşıntılar yaranır.
Əllərdə qaşıntı peşə xəstəliyi ilə də əlaqəli ola bilər. Bəzi peşə sahiblərinin daima əlləri müxtəlif allergenlərlə təmasda olduğu üçün əldə qızartı və qaşıntı problemləri yarana bilər. Məsələn, rəssamların əlləri daima sulu və yağlı boyalarla təmasda olduğu üçün əl dərisi qaşıntılı və qızartılı vəziyyətə gələ bilər.
Bəzən dəridə qaşıntı və qızartı problemi əllərdən bədənin digər yerlərinə də keçə bilər. Ümumiyyətlə, allergik dəri xəstəlikləri olan insanlarda əllərdə qaşıntı şikayəti tez-tez rast gəlinir.
Dermatoloq qeyd edib ki, əllərdə qaşınma infeksion mənşəli dəri xəstəliklərinə bağlı da yarana bilər. Əsasən əl barmaqları aralarında şiddətli qaşıntılar yaranır və qaşıntılar gecələr şiddətlənə bilir:
"Əllərin qaşınması göründüyü kimi polifaktorialdır. Yəni, çoxlu dəri xəstəlikləri və səbəblər əldə qaşıntı verə bilər. Peşəkar dəri həkimi ilk dəfədə sadə görsənin dəri xəstəliyinin dəqiq diaqnostikasını aparmalıdır. Əl qaşınması yaradan səbəb tapılarsa, bu problemdən biryolluq qurtulmaq da mümkündür".
M.İskəndərli onu da əlavə edib ki, problemin səbəbini tapmaq üçün histopatoloji, laborator, mikrobioloji, radioloji, allergik dəri testləri tələb edilə bilər. Diaqnoz və səbəb təyin edildikdən sonra problemin həlli çox asandır. Profilaktika düzgün və mütəmadı qaydada aparılarsa, əllərdə qaşınma problemi tamamilə aradan qalxa bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
XƏBƏR LENTİ
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO





