Maraqlı

Dilənçi qız təsadüf nəticəsində milyonçu oldu - FOTO

9 Aprel 2020 10:14
0 Şərh     Baxış: 2 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filippin sakini Rita Qaviola öz misalında yoxsul insanın qısa zamanda zəngin ola bildiyini sübut edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2016-cı ildə 13 yaşı olarkən, filippinli fotoqraf Topher Kuinto Burqos təsadüfən onun dilənən zaman şəklini çəkib.

O zaman qızın atası zibil yığmaqla məşğul olurmuş, anası isə evdə Ritanın balaca bacı və qardaşlarına baxırmış.

Onlardan heç biri məktəbə getmirdi, ailə tez-tez günlərlə ac qalırdı.

Qızın təbii gözəlliyinə vurulan fotoqraf onun şəklini sosial şəbəkələrdə paylaşır. Bundan sonra qızın həyatı 180 dərəcə dəyişir.

Ritaya "baco qız" ləqəbi qoyurlar. Qeyd etmək lazımdır ki, bacolar Filippində köçəri həyat yaşayan etnik azlıqdır. Onları həmçinin "dəniz qaraçıları" adlandırırlar.

Qeyd etmək lazımdır ki, hazırda Rita Qaviola Filippinin ən varlı modellərindən biri sayılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.