Maraqlı

Koronavirusun sürətli yayılmasının SİRRİ AÇILDI - SENSASİON ARAŞDIRMA

1 Aprel 2020 23:05
0 Şərh     Baxış: 4 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni növ koronavirusun insanlar arasında nə üçün bu qədər sürətlə yayıldığı məlum olub.

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, Minnesota Universitetində aparılan araşdırmaya görə, COVİD-19-un insan hüceyrəsinə daxil olan "çıxıntılı" proteini SARS virusundan 4 dəfə qüvvətlidir.

Araşdırma zamanı virusun insan hüceyrələrinə daxil olan uc hissələrinin 3D xəritəsi çıxarılıb. Məlum olub ki, virusun insan hüceyrələrinə daxıl olan sivri uclu hissəsi 2002-ci ildə qeydə alınan SARS virusundan 4 dəfə qüvvətlidir. Elə məhz bu səbəbdən virus insan hüceyrələrinə 4 dəfə sürətli daxil olur.

Bu araşdırma onu sübut edir ki, virus yuxarı tənəffüs yollarına daha tez daxil olur ki, bununla da müxtəlif vasitələrlə insanlar arasında daha sürətlə yayılır. Bundan başqa araşdırma nəticəsində bəlli olub ki, virus insan bədənində qrip hüceyrəsi ilə birləşdikdə onun yayılması daha da sürətlənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.