Maraqlı

"Facebook" tibbi maskaların reklamını qadağan edib

7 Mart 2020 15:36
0 Şərh     Baxış: 826
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Facebook" şirkəti sosial şəbəkədə tibbi maskaların reklam olunmasına qadağa qoyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərar koronavirus epidemiyası ilə bağlı artan tələbat nəticəsində möhtəkirlik fəaliyyətinin qarşısını almaq məqsədilə qəbul edilib.

Qeyd olunur ki, sosial şəbəkədə yerləşdirilən reklamlara nəzarət gücləndirilib və maska kimi zəruri avadanlıqların satışından mənfəət əldə etməyə çalışanlar barədə tədbirlər görüləcək.

Bundan əvvəl, "Facebook" "koronavirusdan sağaldan və yoluxmanın qarşısını alan" vasitələrin reklamını qadağan etmiş və virusla bağlı yalan məlumatların qarşısını alacağını bəyan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.