Maraqlı

İqlesias övladına mövcud olmayan rus adı qoydu - FOTO

29 Fevral 2020 10:44
0 Şərh     Baxış: 1 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli ispaniyalı müğənni Enrike İqlesias yeni doğulmuş qızına "Maşa" adını (Mariya yox) verib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, müğənninin həyat yoldaşı rusiyalı tennisçi Anna Kurnikova yanvarın 30-da üçüncü uşaqlarını dünyaya gətirib.

İ.İqlesias qızı üçün adı həyat yoldaşının seçdiyini və onun da bu adı bəyəndiyini vurğulayıb. Baxmayaraq ki, belə ad mövcud deyil, bu, sadəcə Mariya adının qısaldımış formasıdır. 

2001-ci ildən görüşməyə başlayan cütlüyün 2017-ci ildə əkiz övladları - Nikolas və Lyusi dünyaya gəlib. Müğənni evdə həm ispan, həm rus, eyni zamanda ingilis dilində danışdıqlarını deyib.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.