Maraqlı

Məşhur TikToker-lər hər paylaşıma görə 1,7 milon manat qazana bilərlər – PROQNOZ

27 Fevral 2020 21:50
0 Şərh     Baxış: 1 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TikTok hazırda gənclər və yeniyetmələr arasında ən populyar sosial media platformasıdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, platforma təkcə Google Play Store-da 500 milyon dəfədən çox yüklənib.

Sosial media platformalarının gənclər arasında populyar olmasının səbəblərindən biri də yaxşı gəlir gətirmələridir. TikTok-un da bu məsələdə olduqca böyük potensialı var.

Bazar araşdırmaçıları məşhur TikTok istifadəçilərinin markalarla əməkdaşlıq etməklə hər paylaşım üçün 200 min dollara yaxın (təxminən 340 000 manat) gəlir əldə edə biləcəklərini deyiblər.

ABŞ-ın texnologiya araşdırma şirkəti Morning Consult-ın mütəxəssisləri TikTok-un çox sürətlə böyüdüyünü və gələn ilədək məşhur istifadəçilərin hər paylaşıma görə, 1 milyon dollar (təxminən 1,7 milyon manat) qazana biləcəklərini vurğulayıblar.
 

Araşdırmaçılar 17 yaşlı müğənni Loren Qreyin hər paylaşıma görə, 197 000 dollar (təxminən 334 900 manat) qazana biləcəyini düşünürlər. Gənc müəğənninin TikTok-da 39,4 milyon təqibçisi var. Hər gün video paylaşan və məşhurluğu sayəsində albom şirkətləri ilə müqavilə imzalayan L.Qreyin paylaşımları ümumilikdə 2 milyarddan çox bəyənmə toplayıb.

Pomeranian cinsli itin səhifəsi olan Jiffpom-un isə 20 milyon təqibçisi var. Bu, eyni səhifənin İnstaqram profilindəki təqibçi sayından təxminən 2 dəfə çoxdur. Hesabatda qeyd olunur ki, Jiffpom-un hər paylaşıma görə, 100 000 (təxminən 170 000 manat) dollar qazanacağı proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.