Maraqlı

Yenicə boşanan Sərdar evlilikdən danışdı - FOTO

23 Fevral 2020 18:26
0 Şərh     Baxış: 1 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddətdir sevgili olan müğənni Sərdar Ortaç və Seçil Gür Bebek istiqamətində təşkil olunan "Kendini fark et" ("Özünün fərqinə var") adlı kitabın təqdimat mərasimində iştirak ediblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, mərasimdə ifaçı jurnalistlərin suallarını da cavablandırıb. O, "Yenidən evlənərsiniz" sualına belə cavab verib:

"Geriyə dönüb baxdıqda bir çox səhvlər etdiyimi gördüm və bundan dərs çıxardım. Əsas odur, xoşbəxt olaq. Evlilik önəmli deyil. Bəlkə övladımız olar, bəlkə də, uşaq götürüb saxlayarıq".

Gecəyə eyni zamanda Sərdarın 50 illik yubileyi münasibəti ilə sürpriz tort da gətirilib.

Qeyd edək ki, sənətçi 6 ay əvvəl model Xloe Louqnandan ayrılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.