Maraqlı

“iPhone 9” smartfonunun sınaq istehsalına başlanılıb

8 Fevral 2020 07:41
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti "iPhone 9" smartfonunun sınaq istehsalına başlayıb. Bu barədə "My Drivers" nəşri Çində sahə üzrə mənbələrə istinadən məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, "iPhone SE" modelini əvəzləyəcək smartfon artıq sınaq istehsalı mərhələsindədir, fevralın ortalarından etibarən isə "Apple" onun kütləvi istehsalına başlayacaq.

Bildirilir ki, "iPhone 9" adlanacaq yeni qurğunun təqdimatı martda keçiriləcək. Smartfon üçün sifarişlərin ümumi həcminin 30 milyonu ötəcəyi gözlənilir.

Yazda satışa çıxarılacaq "iPhone 9" modelinin başlanğıc qiyməti 399 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.