Maraqlı

Sonuncu dəfə Google və Youtube-da nə axtarmısınız? – Məşhurlarla sorğu

2 Fevral 2020 21:35
3 Şərh     Baxış: 2 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvvəllər bizə lazım olan məlumat üçün ya kitabxanalara, ya da bunu biləcək adamlara üz tuturduq. İndi isə vəziyyət tamam fərqlidir. Bu gün bizdə sual doğuran istənilən mözvu ilə bağlı axtarış sistemlərinə müraciət edirik. Bildiyimiz kimi, axtarış sistemləri içində ən məşhuru Google, videohostinqlər arasında isə YouTube-dur. Hər kəs demək olar ki, hər gün 1 dəfə də olsa bu axtarış sistemlərindən istifadə edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, tanınmış aktyor Bəhram Bağırzadə: "Sonuncu dəfə Google-da Məhəmməd peyğəmbərin (s.a.s) hədislərini axtarmışam. YouTube-da isə retro Azərbaycan mahnılarını axtarış verdim. Daha sonra Akif İslamzadə, Hüseynağa Hadıyev, Elmira Rəhimova və Mirzə Babayevi dinlədim".

Müğənni, bəstəkar Murad Arif: "Mən Google və YouTube-da sonuncu dəfə nə axtardığımı demək istəmirəm. Çünki deyə bilmərəm".

Məşhur videobloger Taleh Yüzbəyov: "Sonuncu dəfə Google-da "smart telecom", YouTube-da isə "sag awards" axtarışı etmişəm".

Tolik kimi tanıdığımız məşhur prodüsser, televiziya aparıcısı Tarix Əliyev: "Sonuncu dəfə ölən basketbolçu Kobe Brayt haqqında məlumat öyrənmək üçün Google-da axtarış vermişəm. Əslində mən idmanla maraqlanmıram, amma həmin basketbolçunun adını səhər Google-da axtardım. Çünki idmançılar milyarder olur və bahalı həyat tərzi yaşayırlar. Buna görə də həmin şəxs mənim üçün maraqlı oldu. YouTube-da isə tez-tez Azərbaycan müğənnilərinin trendlərinə baxıram. Daha doğru desək, yalançı trendimizi izləyirəm. Mənə maraqlıdır, o saxta trendlər insanları nə vaxta qədər aldadacaq. Azərbaycanda tanınmayan və bayağı ifaçılar ölkənin trendinə düşür. Azərbaycana gələn hansısa turist YouTube-a girsə, trendləri izləsə elə biləcək ki, onlar ölkənin ən öndə gedən müğənniləridir. Çünki trend sözün əsl mənasında ölkə radio və televiziyasını zəbt edənləri göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.