Maraqlı

Mark Zukerberq böyük məbləğdə vəsait alaraq, saxta informasiya yayımlayır

23 Yanvar 2020 22:45
0 Şərh     Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidentliyinə namizəd olan, keçmiş vitse-prezident Co Bayden Feysbuku və onun yaradıcısı Mark Zukerberqi saxta məlumat yaymaqda təqsirləndirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Bayden Mark Zukerberqi ciddi və böyük problem adlandırıb. Buna səbəb kimi isə onun pul müqabilində yanlış məlumat yaymağını göstərib.

Qeyd edək ki, sözügedən görüntülər "Ukrayna işi" adlanır. Feysbukda yayılan videomaterialda Co Baydenin ukraynalı məmurları şantaj etməsindən danışılır.

"Ona (red:Zukerberq) yüksək məbləğdə pul ödəyiblər ki, həqiqəti əks etdirməyən material yayımlasın", - deyə keçmiş vitse-prezident bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.