Maraqlı

"Emirates"in əfsanəvi rəhbəri təqaüdə çıxır

31 Dekabr 2019 14:55
0 Şərh     Baxış: 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin "Emirates Airlines" şirkətini 30 ildən çox müddət ərzində dünyanın ən hava yolu böyük şirkətlərindən birinə çevirən Tim Clark İyun ayında təqaüdə çıxmağa hazırlaşır.

Milli.Az marja.az-a istinadən bildirir ki, 70 yaşındakı Clark, dövlətə aid şirkətə qurucu İdarə Heyətinin üzvü olaraq 1985-ci ildə  qatılıb və 18 il sonra isə şirkətin "sükanı" arxasına keçib. Clark rəhbər olduğu dövrdə, Asia-Pasifik, ABŞ,  Avropa və Afrika arası uzun məsafə səyahətlər üçün Dubayı bir ana mərkəz olaraq istifadə edərək, "Emirates"i qlobal bir şirkətə çevirib.

Clark zamana uyğunlaşmaq məcburiyyətində qalıb. Şirkət kiçik təyyarələrin uzun yol qət edə bilməməsi, ucuz hava yollarının zamanla qitələrarası yollarda uca bilməyə başlamaları təhdidləri ilə qarşı-qarşıya qalmışdı. Clark  "yaxınlaşan fırtına" olaraq adlandırdığı bu təhdidələrə qarşı "Emirates"i, qitələrarası əməliyyatlarını artıraraq, yenə Dubaya aid "Flydubai" kimi ucuz hava yolları ilə əlaqələrini qüvvətləndirərək qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.