Maraqlı

Apple 450 mütəxəssisi işdən çıxaracaq

26 Dekabr 2019 08:46
0 Şərh     Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlum olduğu kimi Apple şirkəti prosessor istehsalçısı olan Intel şirkətinin modem biznesini 1 milyard dollara satın alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple şirkəti satın aldığı müəssisənin bir neçə əməkdaşını işdən çıxaracaq.

Şirkət yaxın gələcəkdə Almaniyadakı filialında fəaliyyət göstərən Intel mütəxəssislərini işdən azad edəcək.

"Heisen" nəşrinin yaydığı məlumata görə, şirkət yalnız seçdiyi əməkdaşlarla modem istehsalına başlayacaq. Seçilmiş əməkdaşlar isə ümumi işçilərin 30%-ni təşkil edəcək. Digər 70%, yəni təxminən 450 nəfər işçi isə özünə yeni iş yeri tapmalı olacaq.

Intel şirkəti bununla bağlı açıqlama verərək qeyd edib ki, işdən çıxarılacaq əməkdaşlara kompensasiya ödəniləcək və onlara yeni iş yeri tapmaqda köməklik göstəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.