Maraqlı

Oğru portretini hadisə yerində unutdu - FOTO

21 Dekabr 2019 09:11
0 Şərh     Baxış: 3 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında müştəri  rəssamın içərisində pul olan çantasını oğurlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kişi rəssamdan şarjını çəkməyi xahiş edib. Lakin portretçi işini bitirən kimi, müştəri onun çantasını götürərək qaçıb.

Bildirilir ki, oğru tələsdiyi üçün öz portretini götürməyi unudub. Rəssamın sözlərinə əsasən, çantada 500 dollar olub.

Zərərçəkən quldurun karikaturasını polisə təqdim edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəkli "Facebook" səhifəsində yerləşdiriblər.

"Siz bu insanı tanıyırsınız? Və bəli, biz zarafat etmirik", - polis əməkdaşları şəklin altından yazıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.